Prezident İlham Əliyev Bakı ilə Cakarta arasında münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əmindir. Bu barədə dövlət başçısının İndoneziya Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə Coko Vidodoya ünvanladığı təbrik məktubunda deyilir.
“İnanıram ki, Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik”, - deyə təbrik məktubunda bildirilir.
İ.Əliyev cakartalı həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, dost İndoneziya xalqının rifahı naminə fəaliyyətində uğurlar diləyib.*
R.Babayev