“Aqrolizinq” ASC kənd təsərrüfatı texnikasının icbari sığortası üzrə sığorta şirkəti seçimi prosedurunu başa çatdırıb. Bu barədə “İnterfaks-Azərbaycan”a “Aqrolizinq”dən məlumat verilir.
“Cəmiyyətin elan etdiyi kotirovka sorğusunun qalibi “Qala Sığorta” şirkəti olub. Şirkət bir il ərzində kənd təsərrüfatı texnikasının icbari sığortası xidmətləri göstərəcək”, - “Aqrolizinq”dən bildiriblər.
Xüsusilə, “Qala Sığorta” 650 vahid taxılyığan kombayn, 100 vahid pambıqyığan kombayn və 500 vahid traktoru sığortalayacaq.
Xəbər verildiyi kimi, 2015-ci il sentyabrın 30-da “AzReTəkrarsığorta” şirkəti “Chartis Azerbaijan” sığorta şirkətinin 100%-lik səhminin $6,5 mln.-a alınmasına dair sövdələşməni başa çatdırıb. Bununla əlaqədar “Chartis Azerbaijan” şirkətinin adı dəyişdirilərək “Qala Sığorta” adlandırılıb. Şirkətin nizamnamə kapitalı 8 mln. 50 manatdır.**
“Aqrolizinq” ASC Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir. **
Ə.Məmmədov