2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanın rabitə və poçt müəssisələrinin gəlirləri 2018-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 11,7% - 637 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gəlirlərin strukturunda 82,6% özəl sektorda fəaliyyət göstərən müəssisələrin payına düşüb.
Xidmətlərin 71,7%-nin istifadəçiləri fiziki şəxslər olub və onlara 456,7 mln. manatlıq (artım 11,6% - İF-Az) xidmət göstərilib.
Bu dövrdə rabitə xidmətlərinin ümumi həcminin 42,8%-i və ya 272,4 mln. manat (azalma 3,1%) ölkədə fəaliyyət göstərən 3 mobil rabitə operatoru – “Azercell Telecom”, “Bakcell” və “Azerfon” tərəfindən göstərilən mobil rabitə xidmətlərinin payına düşüb.*
N.Abbasova