Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün depozit hərracında 150 mln. manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“Mərkəzi Bank mayın 27-də keçirilən hərracda 150 mln. manat məbləğində vəsait cəlb edib. Hərrac zamanı təklif 838,6 mln. manat, orta ölçülmüş faiz dərəcəsi 6,76% (20 may - 6,76%) təşkil edib”, - deyə məlumatda bildirilir.
Vəsaitlər 14 gün müddətinə cəlb edilib.
Xəbər verildiyi kimi, AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.*
Ə.Məmmədov