2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 628,779 mln. sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 1 mln. nəfər (artım 19,9%), dəniz nəqliyyatı ilə 5,5 min nəfər (artım 22,2%), hava nəqliyyatı ilə 663,2 min nəfər (artım 2,2%), metro vasitəsi ilə 77,141 mln. nəfər (azalma 0,9%) daşınıb.
Cari ilin yanvar-aprel aylarında avtomobil nəqliyyatı vasitələri ilə 549,968 mln. sərnişin (artım 1,7%), avtobuslarla 528,612 mln. sərnişin (artım 1,7%), taksilərlə 21,356 mln. sərnişin (artım 2,6%) daşınıb.**
B.Rüstəmbəyov