ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin həlli üzrə həmsədrləri (Rusiya, ABŞ və Fransa nümayəndələri) bazar ertəsi Ermənistana səfərə gəliblər.
Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan jurnalistlərə məlumat verib ki, İrəvanda vasitəçilərin Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə görüşü keçirilib. **