Bakı dövlət sərhədinin delimitasioyası üzrə Tbilisi ilə danışıqlarda öz mövqeyini təsdiq edib - "Keşikçidağ" məbədi kompleksi (David Qareci) Azərbaycanın suveren ərazisidir. Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
“Beynəlxalq hüquqa əsasən, SSRİ-nin süqutundan sonra Azərbaycan və Gürcüstan avtomatik olaraq aralarında mövcud olan əvvəlki inzibati sərhədlərin varisi olublar. Sonradan bu sərhədlər dövlət sərhədləri oldu və iki ölkənin sərhəd xidmətlərinin nəzarəti altına keçdi”, - Xələfov bildirib.
“Fakt ondan ibarətdir ki, "Keşikçidağ" ərazisində sərhəd hər zaman olub, biz və Gürcüstan sərhəd xidmətləri tərəfindən qorunur və qorunmaqda davam etdirilir”, - o əlavə edib.
Nazir müavini vurğulayıb ki, gürcüstanlı zəvvarların "Keşikçidağ" qoruğunun ərazisində yerləşən mağaralara keçidləri, gürcü tərəfinin xahişinə və qarşılıqlı razılaşmaya əsasən, Azərbaycan sərhədçilərinin nəzarəti altında gerçəkləşirdi.
“Belə vəziyyət bu gün də davam edir. Öz ərazisində bəzi təsərrüfat və ya digər işlərin həyata keçirilməsinə gəldikdə isə, bu hər bir tərəfin suveren hüququdur", - Xələfov bəyan edib.
Gürcüstan XİN başçısının müavini Laşa Darsaliya Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiya və demarkasiya üzrə Komissiyanın son iclasında müzakirə olunan məsələləri şərh edərkən yerli mətbuata xüsusilə bildirib ki, “Komissiyanın iclasında belə bir məsələ ortaya qoyduq ki, status-kvonun heç bir vəchlə dəyişilməsi anlayışının formalaşmasına inkam yaradacaq hər hansı addımların atılmaması vacibdir”. **
F.İsazadə