Almaniya Federativ Respublikasının prezidenti Frank-Valter Ştaynmayer Berlinin Bakı ilə siyasi dialoqu davam etdirməyə hazır olduğunu bəyan edir.
Ştaynmayer 28 may - Respublika Günü münasibətilə prezident İlham Əliyevi təbrik edib. Təbrik məktubu Azərbaycan prezidentinin saytında dərc olunub.
“Azərbaycan və Almaniya 27 illik dinamik və etibarlı diplomatik əlaqələrə malikdir. Almaniya Azərbaycanla siyasi dialoqu davam etdirməyə daim hazırdır”, - deyə Ştaynmayerin təbrik məktubunda bildirilir.
Almaniya prezidenti Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah arzulayıb.*
F.İsazadə