28 may 2019-cu il tarixindən Bakı-Tver-Bakı istiqaməti üzrə avtobus reysi istifadəyə veriləcək. Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən məlumat verilir.
“Reys həftənin çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək. Səfər saatı təxminən 36 saatdır. Avtobus Bakıdan saat 13:00-da hərəkət edəcək. Geriyə reyd həmin günlər yerli vaxtla saat 13:00 da yola düşür”, - məlumatda deyilir.
Məlumata əsasən, biletin bir istiqamət üzrə qiyməti 100 manat (cari məzənnə ilə $58,8) təşkil edir. 5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.
“Avtobuslar Rostov, Varonej, Tula, Moskva şəhərlərindən keçəcək. Sərnişinlər yol boyu çay və kofe ilə təmin olunacaqlar”, - məlumatda bildirilir. **
N.Abbasova