Azərbaycanda Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası yaradılıb.
Bazar ertəsi Bakıda Assosiasiyanın iclası keçirilib, iclasda idarə heyətinin üzvləri seçilib. Bu barədə “İnterfaks-Azərbaycan”ın müxbiri məlumat verir.
İdarə heyətinə Azersun, Gilan Holding, Karat Holding, Neon, Agro Dairy, “Bakı Taxıl Terminalı”, Yalama agropark, Qarabağ Taxıl, Modern Group şirkətlərindən 10 nəfər daxil olub.
“Karat Holding”in rəhbəri Taleh Qasımov Assosiasiyanın idarə heyətinin sədri seçilib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iclasda qeyd edib ki, hazırda Azərbaycanda 30-a yaxın sektor üzrə assosiasiya yaradılıb.
Onun sözlərinə görə, assosiasiyaların yaradılmasında məqsdəd dövlət strukturları ilə daha sıx əməkdaşlıq, bu və ya digər sahədə çatışmazlıqların müəyyən edilməsi, dövlət yardımının göstərilməsidir.
O cümlədən, Məmmədov qeyd edib ki, Azərbaycanda, həmçinin taxılın yetişdirilməsi ilə məşğul olan 24 müasir aqroparkın yaradılmasına, dövlət tərəfindən 162 mln. manat məbləğində güzəştli kreditlər ayrılıb. **
B.Rüstəmbəyov