Avropa Şurası (AŞ) mayın 30-da 2018-2021-ci illər üçün Azərbaycana dairyeni Fəaliyyət Planının təqdimatını keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AŞ-nin Bakıdakı nümayəndəliyindən məlumat verilib.
“AŞ 2018-2021-ci illər üçün Azərbaycana dairyeni Fəaliyyət Planının təqdimatını keçirəcək . Müvafiq dövlət qurumları və benefisiar təşkilatların nümayəndələrinin, o cümlədən qeyri-hökumət təşkilatları və media qurumları, eləcə də Bakıda akkreditə olunmuş beynəlxalq tərəfdaşların nümayəndələrinin iştirak edəcəyi tədbir mayın 30-da keçiriləcək”, - deyə məlumatda bildirilir.
Tədbirdə Azərbaycan Respublikası xarici işlər nazirinin müaviniMahmud Məmməd-Quliyev və Avropa Şurasının Proqramlar üzrə Baş Direktorluğunun rəhbəri Verena Teylor da iştirak edəcək.*
F.İszadə