Çərşənbə axşamı Bakının mərkəzində Londonun “Arsenal” klubunun fanatları ilə qarşıdurma nəticəsində “Çelsi” futbol klubunun azarkeşi xəstəxanaya yerləşdirilib. Bu barədə “İnterfaks-Azərbaycan”a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov məlumat verib.
“Təcili yardım briqadası hadisə yerinə yolanıb. Zərərçəkmiş Çels Anderson təpə nahiyyəsinin əzilmiş, kəsilmiş yarası diaqnozu ilə KTM-ə çatdırılıb, orada yaralıya ilkin yardım göstərildikdən sonra o Mərkəzi Klinik Xəstəxanasına köçürülüb”, - Əbubəkirov bildirib.
Onun sözlərinə görə, ingilis azarkeşin vəziyyəti orta ağırdır, həyatı üçün təhlükə yoxdur.
O cümlədən, Bakının mərkəzində pabların birində baş verən qarşıdurma nəticəsində UEFA Avropa Liqasının final oyunu üçün Azərbaycana gələn 41 yaşlı Rusiya vətəndaşı Zaur Məmmədov xəsarət alıb. "Təcili tibbi yardım briqadasının həkimləri sifətin küt travması diaqnozu ilə müraciət edən zərərçəkmişə yerində yardım göstəriblər", - nazirliyin nümayəndəsi qeyd edib. **
Çərşənbə günü Bakıda nəticəsində UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Finalda Londonun “Arsenal” və “Çelsi” klubları qarşılaşacaq. **
R.Babayev