“SOCAR Turkiye Enerji” şirkəti Türkiyənin Əliağa yarımadasında biznes otel inşa etməyi planlaşdırır. Bu barədə şirkətin materiallarında qeyd olunur.
“SCR Gayrimenkul Insaat ve Muvavirlik A.S.” şirkətinin (“SOCAR Turkiye Enerji”nin törəməsi - İF) mülkiyyətində olan ərazidə artıq biznes otelin inşası başlanıb. Üçbloklu otel 160 otaqdan ibarət olacaq. Bu obyektin öz fəaliyyətini beynəlxalq sinif otel brendinin altında həyata keçirəcəyi planlaşdırılır”, - sənəddə qeyd edilir.
“SOCAR Turkiye Enerji”nin məlumatına görə, 2020-ci il martın sonunda otelin istifadəyə verilməsi planlaşdırılır.
Bundan başqa, şirkət 2020-ci ilin sonunadək Əliağa yarımadasında “Ar-Ge” İnnovasiyalar Mərkəzi və tədris akademiyasının tikintisini başa çatdırmağı nəzərdə tutur.
Hazırda “SOCAR Turkey Enerji” “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin (51%) sahibidir. “Star” neft emalı zavodu, konteyner terminalı və elektrik stansiyasının tikintisini həyata keçirən şirkət, həmçinin daxili bazara qaz tədarük edir.**
N.Abbasova