London Ali Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının (ABB) sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın tranzaksiyalarına dair hesabat dərc edib. Bu barədə Britaniya mətbuatı xəbər verir.
Məlumata görə, tranzaksiyalar 3 loyallıq və ABB-yə məxsus 35 kartla həyata keçirilib.
“Hesabata görə, Z.Hacıyeva 2006-2016-cı illərdə Londondakı “Harrods” mağazasında 16 mln. 309,077 min funt sterlinq xərcləyib. Bu məbləğin təxminən 6 mln. funtu “Boucheron” və “Cartier” mağzalarından zərgərlik məmulatlarının alınmasına, 1 mln. funt sterlinq “Harrods”un oyuncaq satılan bölümündə xərclənib. Z.Hacıyeva dəbli dizayner geyim brendlərinə yüz minlərlə funt sterlinq, o cümlədən, 131,3 min funt sterlinq – “Dennis Basso”dan paltara, 144 min funt sterlinq – “Celine”nin mallarına, 136 min funt – “Fendi”nin məhsullarına, 143 min funt – “Christian Dior” brendinə sərf edib. Bütün bunlar mağazaya cəmi bir dəfə daxil olmaqla alınıb”, - deyə məlumatda qeyd olunur.
Bundan başqa, 2014-cü il ərzində Z.Hacıyeva britaniyalı dizayner Tom Diksonun kafesində və mebel mağazasında ümumilikdə 167 min funt sterlinq xərcləyib.
“Əgər o, məhkəmədə gəlir mənbələrini açıqlaya bilməsə, çoxmilyonluq əmlakından məhrum ediləcək”, - deyə mətbuatda qeyd olunur.*
Ə.Məmmədov