Pekinin “Lianmaçiao” diplomatik zonasında Azərbaycanın Çində səfirliyinin yeni binasının təməlqoyma mərasimi keçirilib. Bu barədə Azərbaycan diplomatik missiyanın mətbuat xidməti məlumat verib.
Təməlqoyma mərasimində Azərbaycan və Çinin xarici işlər nazirinin müavinləri Ramiz Həsənov və Can Hanhuy Çin iştirak ediblər. Onlar Bakı ilə Pekin atasında ikitərəfli münasibətlərin yüksək səviyyəsini qeyd ediblər.
Azərbaycan səfirliyinin binası üçün 3 min kvadratmetr sahə ayrılıb. Binanın layihəsini “Hongshi” dizayn şirkəti hazırlayıb, inşaatı isə Pekində yaxın vaxtlarda istifadəyə veriləcək və dünyada ən böyük aeroport olacaq “Dasin” hava limanını inşa edən “Beijing Urban Construction Sixth Group” həyata keçirəcək.
“Lianmaçiao” diplomatik zonasında ABŞ, Fransa, İsrail, Yaponiya və digər ölkələrin diplomatik nümayəndəlikləri yerləşir. **
R.Babayev