Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədr İqor Popovu, ABŞ-dan olan həmsədr Endrü Şoferi qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik görüşdə iştirak edib.
“Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb”, - məlumatda qeyd olunur. **
F.İsazadə