Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə "DAAL Venture Capital" arasında anlaşma memorandumu imzalanıb.
İmzalanma mərasimi cümə axşamı da Bakıda keçirilən "Monex Caspian Summit" çərçivəsində baş tutub.
Sənədi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və “DAAL Venture Capital" şirkətinin icraçı direktoru Abdurrahman Al-Qahdani imzalayıblar.
Sənədə əsasən, tərəflər Azərbaycanda startapları maliyyələşdirəcək birgə Vençur Fondunun yaradılmasını planlaşdırırlar.
Xüsusilə, “DAAL Venture Capital” ilkin mərhələdə Azərbaycanda ən azı 4 startap layihəsinə vəsait ayırmaq planları barədə bəyan edib. **
Ə.Məmmədov