Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.
Dövlət başçısının saytında dərc olunan sərəncama əsasən, Vergilər Nazirliyinə Maliyyə Monitorinqi Xidmətinin həmin nazirliyin tərkibində fəaliyyət göstərməsinin təmin edilməsi məqsədilə müvafiq normativ hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.
Öncə MMX MBNP yanında fəaliyyət göstərib. 2018-ci ilin may ayında Azərbaycan prezidenti İlham Əliyev Maliyyə Monitorinqi Xidməti publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.
Onun məqsədi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirməkdir. **
A.Əzizov