Ermənistan silahlı qüvvələrinin bölmələrinin cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.
“Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib. ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycanda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.*
A.Əzizov