Azərbaycan 2018-2021-ci illər üçün Fəaliyyət Planı çərçivəsində Avropa Şurası ilə səmərəli əməkdaşlıqda maraqlıdır. Bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
“Azərbaycan beynəlxalq təşkilatlarla münasibətlərini qarşılıqlı maraqlara hörmət və bərabər hüquq prinsipləri əsasında qurur”, - Məmmədquliyev cümə axşamı Fəaliyyət Planının təqdimatında qeyd edib.
O, bu Planın reallaşdırılması prosesində həmin prinsiplər əsas götürüləcəyinə ümidvar olduğunu bildirib.
“Azərbaycan 2001-ci ildən etibarən AŞ-nin müxtəlif strukturları ilə sıx əməkdaşlıq edir və ölkənin demokratik inkişafını dəstəkləyən çox sayda proqram və tə.əbbüslər reallaşdırıb. İnanırıq ki, AŞ ilə əməkdaşlıq hər iki tərəf üçün önəm kəsb edir. Hesab edirik ki, qüvvədə olan Fəaliyyət Planı əlverişli və məqsədyönlü əməkdaşlıq üçün imkanlar yaradır”, - o qeyd edib.
AŞ bu Fəaliyyət Palnının reallaşdırılması çərçivəsində Azərbaycana 9 mln. avro ayırmağı nəzərdə tutur. Bunu Avropa Şurasının Proqramlar üzrə Baş Direktorluğunun rəhbəri Verena Teylor deyib.
Onun sözlərinə görə, bu vəsaitin 63%-i artıq sərf olunub. “Vəsaitin ayrıldığı əsas sahələr məhkəmə və penitensiar sistemdə islahatların həyata keçirilməsidir”, - V.Teylor bildirib.
**
F.İsazadə