Azərbaycan prezidenti İlham Əliyev Egils Levits və Gitanas Nausedanı Latviya və Litva prezidentləri vəzifəsinə seçilmələri münasibətilə təbrik edib.
“Azərbaycan ilə Litva arasındakı münasibətlər dinamik və ardıcıl inkişaf yolundadır”, - Əliyevin Litva prezidenti Nausedanın ünvanına təbrik məktubunda deyilir.
Əliyev ümid edir ki, Bakı və Vilnüs Azərbaycan və Litva xalqlarının mənafelərinə uyğun olaraq ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığın dərinləşməsi istiqamətində birgə səylər göstərəcək.
“Azərbaycan-Latviya münasibətləri xoş ənənələrə malikdir”, - Əliyevin Levitsə ünvanladığı təbrik məktubunda deyilir. Prezident, həmçinin Riqa ilə ikitərəfli əməkdaşlığın gələcəkdə dərinləşməsinə əminlik ifadə edib.
Azərbaycan prezidenti İlyam Əliyev Egils Levits və Gitanas Nausedaya fəaliyyətlərində uğurlar arzulayıb. **
R.Babayev