30 aprel 2019-cu il tarixinə Azərbaycanda əhalinin bank əmanətləri 8 mlrd. 625,2 mln. manat təşkil edir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında deyilir.
2018-ci ilin sonuna banklarda əhalinin əmanətləri 8 mlrd. 269,7 mln. manat məbləğində qiymətləndirilib. Beləliklə, 2019-cu ilin yanvar-aprel aylarında əhalinin bank əmanətləri 4,3% artıb.
2019-cu il aprelin 30-na əhalinin bank əmanətlərinin strukturunda müddətli əmanətlərin həcmi 5 mlrd. 469,7 mln. manat (2019-cu ilin yanvar-aprel ayları ərzində azalma 0,2% - İF), tələbli əmanətlərin həcmi 3 mlrd. 155,5 mln. manat (artım 13,1%) təşkil edib.
Aprelin sonuna banklarda hüquqi şəxslərin depozitləri 10 mlrd. 176,4 mln. manat (yanvar-apreldə azalma 1,3%) məbləğində olub.
Aprelin sonuna banklarda əmanət və depozitlərin ümumi həcmi 18 mlrd. 801,6 mln. manat (azalma 1,2%) təşkil edib.**
Ə.Məmmədov