Səhiyyə Nazirliyi ölkənin müxtəlif regionlarında müalicə müəssisələrinin tibbi avadanlıqla təchizatına 6 mln. 116,138 min manat yönəldəcək.
www.tender.gov.az saytında dərc olunan məlumata görə, nazirlik "Arash Medical Company" şirkəti ilə bu işlərin həyata keçirilməsinə dair müqavilə imzalayıb.
Xüsusilə, birinci müqavilə Şəmkir rayonunun Kür qəsəbəsində xəstəxananın təmiri və tibbi avadanlıqla təchizatını (dəyəri – 2 mln. 496,764 min manat), ikinci – Şəki şəhər Psixiatriya Xəstəxanasının tibbi avadanlıqla təchizatını (dəyəri – 1 mln. 175,422 min manat), üçüncü - Gəncə şəhər Psixiatriya Xəstəxanasının tibbi avadanlıqla təchizatını (dəyəri – 1 mln. 323,151 min manat), dördüncü – Qazax Rayon Mərkəzi Xəstəxanaasının tibbi avadanlıqla təchizatını nəzərdə tutur (dəyəri – 1mln. 120,801 min manat). **
R.Babayev