2018-ci ildə Azərbaycanda dövlət qulluqçularının sayı 0,7% azalıb, onların əməkhaqqı 15,3% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Belə ki, ötən il dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı 796,5 manat təşkil edib.
2019-cu il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,1 min nəfər olub və onların 28,5%-ni qadınlar təşkil edib.
Dövlət qulluqçularının 7,4%-i 1 ilə qədər, 24,2%-i 1 ildən 5 ilə qədər, 23,2%-i 5 ildən 10 ilə qədər, 16,8%-i 10 ildən 15 ilə qədər, 28,4%-i isə 15 il və daha çox qulluq stajına malikdir.
Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olanlar 17,2%, 30-34 yaşda 15,9%, 35-44 yaşda 23,6%, 45-54 yaşda 21%, 55-62 yaşda 18,1%, 63-64 yaşda 2,9%, 65 və yuxarı yaşda 1,3%.*
R.Babayev