“KazMunayQaz” şirkəti SOCAR şirkəti (ARDNŞ) ilə birlikdə Xəzər dənizində, Azərbaycan və Qazaxıstanda quruda birgə geoloji tədqiqatlar keçirməyi planlaşdırır. Bu barədə şirkətin İdarə Heyətinin sədr müavini Kurmanqazı İslaziyev məlumat verib.
“SOCAR ilə imzalanan sazişə əsasən azərbaycanlı geoloqlarla Azərbaycan və Qazaxıstanda dənizdə və quruda tədqiqatların aparılmasını planlaşdırırıq. Həmin tədqiqatların yekunları üzrə gələcəkdə geoloji kəşfiyyat və hasilat üçün sahələr seçiləcək”, - İskaziyev cümə günü Bakıda jurnalistlərə bildirib.
O, həmçinin məlumat verib ki, SOCAR ilə Azərbaycan boru kəmərləri vasitəsilə Qazaxıstan neftinin dünya bazarlarına nəqli məsələləri müzakirə olunur.
“Qazaxıstandan neft ixracının şaxələndirilməsi məqsədilə cənub istiqaməti (Azərbaycan vasitəsilə - İF) nəzərdən keçirilir. Bu istiqamətdə SOCAR ilə işi aktivlədirdik, lakin Azərbaycan vasitəsilə hansı həcmdə neftin nəql olunması tariflərdən asılı olacaq”, - İskaziyev bildirib.
O qeyd edib ki, cənub istiqamətinin ötürmə qabiliyyəti illik 30 mln. tona qədər Qazaxıstan nefti təşkil edə bilər.
“Qazaxıstan neftinin Azərbaycan vasitəsilə məhz hansı yataqdan hasil olunacağını demək çətindir. Bizə əsasən ixracı şaxələndirmək lazımdır. Hazırda Qazaxıstan 90 mln. ton neft hasil edir, lakin “Tengiz” yatağında neft hasilatının artması və “Kaşaqan” yatağının istifadəyə verilməsi nəzərə alınmaqla, bu göstəricinin illik 110-120 mln. tona çatacağı gözlənilir”, - İskaziyev vurğulayıb. **
N.Abbasova