Varşava Bakı ilə neft-qaz sahəsində əməkdaşlığın genişlənməsində maraqlıdır. Bunu Polşa prezidenti Andjey Duda “Bakıya hazırki səfər iki dövlət arasında əıməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır”, - Duda cümə günü Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli danışıqların yekunlarına dair mətbuata bəyanatlarla çıxışında bildirib.
Prezident Duda Polşa şirkətlərini Azərbaycanın nəqliyyat potensialı, həmçinin Ələtdə Bakı Beynəlxalq Dəniz Limanından fəal istifadəyə dəvət edib.
Duda vurğulayıb ki, Azərbaycan Polşanın vacib ticarət tərəfdaşıdır.
Ermənistan-Azərbaycan münaqişəsi barədə söz açan Duda bildirib ki, Polşa Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllinin tərəfdarıdır və “Bakı hər zaman bu məsələdə Varşavanın köməyinə ümid edə bilər”.
Öz növbəsində, Əliyev Azərbaycanla Polşa arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq üzrə uğurlu formatın yaradılmasını qeyd edib.
Prezident vurğulayıb ki, iki ölkə arasında siyasi münasibətlər yüksək səviyyədədir və iqtisadi əməkdaşlıq üçün böyük potensial var.
“Biz qarşılıqlı sərmayələr sahəsində fəal çalışmalıyıq, Azərbaycanda bunun üçün yaxşı şərait var”, - deyə Əliyev Bakı və Varşava üçün “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin əhəmiyyətini qeyd edib.
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Əliyev vurğulayıb ki, problem Azərbaycanın ərazi bütövlüyü təmin olunmaqla beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində öz həllini tapmalıdır. **
R.Babayev