Azərbaycan 2019-cu ilin yanvar-aprel aylarında $583 mln. məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 20% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Hesabat dövründə ixracın strukturunda əsas həcm çiyidli pambıq ($57,9 mln. – artım 2,9 dəfə), təmizlənmiş flndıq ($53,7 mln. – artım 76,6%), pomidor ($49,6 mln. - artım 16,7%), elektrik enerjisi ($45,1 mln. - artım 4,7%), qızıl ($43,1 mln. – artım 25,7%), polietilen ($28,9 mln. – azalma 17,4%), polipropilen ($28,6 mln. – artım 71,5 dəfə), xurma ($5,7 mln. - azalmа 5,7%) və metanolun ($19,1 mln. – artım 7,3 dəfə) payına düşüb.
Hesabat dövründə Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($164,9 mln. – artım 21,8%), Türkiyə ($147,8 mln. - artım 16,2% ), Gürcüstan ($62,3 mln. – artım 18,7%), İsveçrə ($44,7 mln. – artım 12,9%) və İtaliya ($21,9 mln. – artım 2 dəfə) daxil olub.
Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 28,3%-i RF-nin payına düşüb.
2018-ci ildə Azərbaycan $1 mlrd. 689 mln. məbləğində qeyri-neft məhsulları ixrac edib.**
Ə.Məmmədov