Cari ilin yanvar-aprel aylarında 20 iri dövlət və özəl şirkət tərəfindən Azərbaycandan qeyri-neft məhsullarının ümumi ixrac həcmi $329,77 mln. təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
"Yanvar-aprel aylarının yekunları üzrə dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($60,3 mln.), özəl şirkətlər arasında isə “MTK Istehsalat Kommersiya” ($37,5 mln.) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub", - İdarədən bildirilir.
Dövlət şirkətləri arasında qeyri-neft məhsullarının ən iri ixracatçıları sırasına "Azərenerji" ($45,1 mln.), “Azəraliminium” MMC ($26,8 mln.), "AzerGold" QSC ($17,9 mln.), “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC ($6,9 mln.), “Azərbaycan Hava Yolları” QSC ($5,9 mln.), “CTS-Agro” MMC ($3,9 mln.), Dövlət Maddi Ehtiyatlar Agentliyi ($555 min), “Azəripək” ($438 min), “Bakı Maşınqayırma Zavodu” ASC ($377 min) daxildir.
Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında SOCAR Polymer ($30,3 mln.), Azerbaijan International Mining Company ("Anglo Asian Mining Plc”nin törəməsi) - $28,7 mln, P-Aqro ($8,3 mln.), «P-Aqro» - $11,1 mln., “Sun Food» MMC ($10,2 mln.), "Aqrofest" MMC - $9,5 mln., "Baku Steel Company" MMC ($9,5 mln.), “Azhazelnut» MMC ($8,3 mın.), «RAM Beynəlxalq Nəqliyyat ve Ticarət» ($8,3 mln.), «TST Export» ($7,8 mln.), «Azerstar» ($8,2 mln.) var.
Azərbaycan 2019-cu ilin hesabat dövründə $583 mln. məbləğində qeyri-neft məhsulları ixrac edib.**
Ə.Məmmədov