2019-cu il iyunun 1-nə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunda $59 mln.-a yaxın (cari məzənnə ilə) vəsait toplanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“İyunun 1-nə Silahlı Qüvvələrin Yardım Fonduna 99 mln. 845,168 min manat (cari məzənnə ilə $58,732 mln.), $213,577 min, 16,636 min EUR və 5 min rubl vəsait daxil olub”, - deyə məlumatda bildirilir.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il tarixli fərmanı ilə yaradılıb.**
R.Babayev