SOCAR şirkəti (ARDNŞ) və Rusiyanın “Sberbank”ı banka məxsus olan Antipin Neft Emalı Zavodunda (NEZ) birgə müəssisə yaradıb. Bu barədə Rusiyanın “Kommerant” nəşri məlumat verir.
Hüquqi şəxslərin vahid dövlət reyestrinin məlumatına görə, “Sberbank” və SOCAR treydinq birgə müəssisəsi – “Socar Energoresurs” MMC yaradıblar. Kiprin “Socar Russia Investments Ltd”nin MMC-dəki payı 60% təşkil edir, qalanı “Sberbank”ın struktruru – “SBK Komplekst” MMC-yə məxsusdur. Birgə müəssisənin müflisləşmə vəıziyyətində olan Antipin NEZ-də prosessinq fəaliyyəti ilə məşğul olacağı nəzərdə tutulur.
Birgə müəssisənin baş direktoru SOCAR-ın Rusiyadakı əsas strukturu – “Socar Rus” MMC treyderinə rəhbərlik edən Fərid Cəfərovdur. Birgə müəssisənin nizamnamə kapitalı – 10 min rubl təşkil edir.
Nəşrin məlumatına görə, bu sxem, müflisləşmə prosedurunun başlandığı NEZ-in fəaliyyətini dayandırmaması səbəbindən düşünülüb. Aprel ayında emal üçün neftin alışına vəsaitin olmaması səbəbindən zavod fəaliyyətini dayandırıb.
Prosessinq sxeminə əsasən, neft sahibi onu NEZ-ə tədsrük edir, emal xidmətlıərinə görə ödəniş edir, sonra əldə olunan neft məhsullarını satın alır və realizə edir. Nəşrin həmsöhbətlərinin birinin sözlərinə görə, SOCAR iyul ayına qədər Antipin NEZ-də prosessinq işlərinə başlamağı planlaşdırır. “Ъ”-ın digər mənbəyi iddia edir ki, birgə müəssisə nefti iri neft şirkətləri, xüsusilə, “LUKOİL” və “Surqutneftqaz”dan alacaq
Birgə müəssisənin əlavə fəaliyyət növü neft hasilatıdır.
Xəbər verildiyi kimi, “Sberbank” Antipin NEZ-in bir neçə potensial alıcısı ilə danışıqlar aparır. “Sberbank” SOCAR-ı Antipin Neft Emalı Zavodunun daha mümkün alıcısı kimi nəzərdən keçirir.
SOCAR-ın prezidenti (ARDNŞ) Rövnəq Abdullayev şirkətin Antipin Neft Emalı Zavodunun (NEZ) satın alınmasına marağını qeyd edir.
“Danışıqlar aparılır. Rusiya bazarı çox böyükdür və bu bizə maraqlıdır”, - R.Abdullayev “İnterfaks-Azərbaycan”a bildirib. Eyni zamanda, o vurğulayıb ki, NEZ-in satın alınması halında SOCAR zavodun borc öhdəliklərini öz üzərinə götürməyi planlaşdırmır. **
N.Abbasova