Dövlət Gömrük Komitəsi mobil cihazların monitorinqi üzrə abunəçi xidmətlərinin tədarükçüsünü seçib. Bu barədə “İnterfaks-Azərbaycan”a DGK-dan məlumat verilir.
“DGK mobil cihazların monitorinqi üzrə abunəçi xidmətlərinin tədarükçüsü qismində "Benish GPS Azerbaijan" şirkətini seçib. Mayın 15-də şirkətlə müvafiq müqavilə imzalanıb”, - Komitədən qeyd ediblər.
Müqavilənin dəyəri 340 min manat təşkil edir. **
Ə.Məmmədov