İyul ayının ortalarına qədər davam edəcək Milli Məclisin növədənkənar sessiyasında 5 plenar icas keçiriləcək. Bu barədə Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin məlumat verib.
“Parlamentin növbədənkənar sessiyası çərçivəsində beş plenar iclasın keçirilməsi planlaşdırılır: 13,14 və 28 iyun, 9 və 12 iyul tarixlərində”, - parlamentari qeyd edib.
Onun sözlərinə görə, bu, parlamentin yaz sessiyası çərçivəsində deputatların bitirməyə vaxt tapmadıqları işin böyük həcmi ilə əlaqədardır.
“Biz bir sıra vacib sənədlər qəbul, həmçinin vergi qanunvericiliyinə dəyişikliklər daxil, 2018-ci il dövlət büdcəsinin icrası haqqında hesabatı və s. sənədləri təsdiq etməliyik”, - Zabelin əlavə edib. **
R.Babayev