Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün depozit hərracında 100 mln. manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“Mərkəzi Bank iyunun 3-də keçirilən hərracda 100 mln. manat məbləğində vəsait cəlb edib. Hərrac zamanı təklif 744,8 mln. manat, orta ölçülmüş faiz dərəcəsi 6,76% (27 may - 6,76%) təşkil edib”, - bankdan bildirilir.
Vəsaitlər 14 gün müddətinə cəlb edilib.
Xəbər verildiyi kimi, AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.**
Ə.Məmmədov