2019-cu ilin yanvar-may aylarında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə Azərbaycandan $47,9 mln. dəyərində ixrac həyata keçirilib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Yanvarda bu göstərici $8 mln., fevralda - $5,6 mln., martda - $6,8 mln., apreldə - $10,5 mln., mayda - $16,5 mln. təşkil edib.
Xəbər verildiyi kimi, 2018-ci ildə bu göstərici $149,8 mln. olub.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” prezident İlham Əliyevin 22 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb.**
B.Rüstəmbəyov