Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2019-cu ilin may ayında valyuta hərraclarında $352,4 mln. məbləğində xarici valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.
Xəbər verildiyi kimi, ARDNF cari ilin aprel ayında valyuta hərraclarında $423,7 mln. məbləğində xarici valyuta satıb. Beləliklə, may ayında fond tərəfindən xarici valyutanın satış həcmi mart ayı ilə müqayisədə 16,8% azalıb.
Bütövlükdə, yanvar-may aylarında valyuta hərraclarında $2 mlrd. 327,7 mln. məbləğində xarici valyuta satılıb (ötən ilin yanvar-may ayları ilə müqayisədə azalma 8,2% - İF).
Fond 2018-ci ildə valyuta hərraclarında $6 mlrd. 455,2 mln. məbləğində xarici valyuta satıb ki, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 79,4% çoxdur.**
A.Əzizov