Prezident İlham Əliyev Rusiya Federasiyasının Surqut şəhərinin hava limanına görkəmli neftçi Fərman Salmanovun adının verilməsi ilə bağlı Rusiya prezidenti Vladimir Putinə təşəkkürünü bildirib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətindən məlumat verilib.
“Prezident İlham Əliyev iyunun 3-də V.Putinə telefonla zəng edib. İ.Əliyev Rusiya Federasiyasının Surqut şəhərinin hava limanına görkəmli neftçi Fərman Salmanovun adının verilməsi ilə bağlı təşəkkürünü bildirib və bu qərarın Azərbaycan ictimaiyyəti tərəfindən böyük minnətdarlıqla qəbul edildiyini vurğulayıb”, - deyə məlumatda bildirilir.
Telefon söhbəti zamanı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub.
R.Babayev