Prezident İlham Əliyev və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bu gün Bakıda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələni müzakirə ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə dair fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.
Bundan başqa, tərəflər Azərbaycan və Aİ arasında əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.
“Söhbət zamanı, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında nəqliyyat, enerji, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub”, - deyə məlumatda vurğulanır.*
F.İsazadə