Azərbaycan Dövlət Neft Fondu 2018-ci ildə investisiya retyutinqinə malik olmayan qiymətli kağızlar, depozitlər və cari hesabalara sərmayələri 2,8 dəfə - $311 mln. 118,322 minə qədər azaldıb, bunun əvəzində Türkiyə suveren istiqrazlarına vəsait yönəltməyə başlayıb.
Bu barədə Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası barədə rəyində məlumat verilir.
Hesabalama Palatasının məlumatına görə, ötən il ARDNF Türkiyənin 3 bankında lirə və avro ilə depozitləri bağlayıb – “Turkiye İş bankası” ($404 mln. 620,408 min), "Ziraat Bank" ($277 mln. 779,759 min) və "AK Bank" ($172,115 mln.).
“2018-ci ilin iyun ayından başlayaraq türk lirəsində ifadə olunan depozitlərin bitmə tarixləri nəzərə alınmaqla mərhələli şəkildə vəsaitlər suveren istiqrazlara yatırılıb. Ötən ilin sonuna onların həcmi $309 mln. 131,669 min təşkil edib”, - rəydə bildirilir.
O cümlədən, investisiya reytinqinə malik olmayan qiymətli kağızlara sərmayələrin azalması Rusiyanın “VTB” bankının reytinqinin investisiya dərəcəsinə qədər reytinqə keçməsi nəticəsində həmin bankın hesablarında ARDNF-nin vəsaiti digər maddə ilə təsnifləşdirlib ($2 mln. 737,838 min).
Həmçinin, “Kaupthing” Bankının investisiya dərəcəli reytinqindən qeyri-investisiya reytinqinə keçməsi ilə əlaqədar Fond “Kaupthing Convertible Notes 2031” istiqrazlarına etdiyi investisiyaların qaytarılması üzrə 2018 il ərzində 1,598,468 ABŞ dolları məbləğində vəsaiti geri qaytarıb. 2018- ci il 31 dekabr tarixinə 328082,0 ABŞ dolları məbləğində qiymət dəyişkənliyindən yaranmış 22 zərər, habelə, 145241,0 ABŞ dolları məbləğində məzənnə fərqindən yaranan zərər nəzərə alınmaqla 1,986,653 ABŞ dolları məbləğində investisiya qalığı qalıb.
1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.**
Ə.Məmmədov