Azərbaycan prezidenti İlham Əliyev Minskdə keçiriləcək II Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək. Bu barədə Belarus XİN məlumat verir.
“Bazar ertəsi Belarus xarici işlər nazirinin müavini Andrey Dapkyunas və Azərbaycanın Minskdəki səfiri Lətif Qəndilov Əliyevin Belarusu səfərinin detallarını müzakirə edib”, - XİN-dən məlumat verilir.
Bundan əlavə, diplomatlar beynəlxalq təşkilatıar, həmçinin BMT sistemi çərçivəsində gələcəkdə çoxplanlı əməkdaşlığın möhkəmləndirilməsi məsələlərini nəzərdən keçiriblər.
O cümlədən, tərəflər Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi və cari ilin oktyabr ayında Bakıda keçiriləcək qurumun sammiti kontekstində Bakı ilə Minsk arasında qarşılıqlı əlaqələr məsələlərinə dair fikir mübadiləsi aparıblar.
II Avropa Oyunları 21-30 iyun tarixlərində Belarusun paytaxtında keçiriləcək. Oyunlarda 15 idman növündə yarışacağ 50 dövlətdən 4 mindən artıq idmançı iştirak edəcək.
I Avropa Oyunları 2015-ci ilin iyun ayında Bakıda keçirilib. **