2018-ci ilin yekunları üzrə SOCAR-ın gəlirləri 111 mlrd. 198 mln. manat, xalis mənfəəti 1 mlrd. 224 mln. manat təşkil edib.
Bu barədə şirkətin 2018-ci il üçün birləşdirilmiş maliyyə hesabatında deyilir. SOCAR-ın 2018-ci üçün maliyyə fəaliyyətinin maliyyə hesabatlarının beynəlxalq standartları (MHBS) üzrə auditi “Ernst & Young” şirkəti tərəfindən aparılıb.
Ötən il SOCAR-ın gəlirləri 20,1% artıb, xalis mənfəəti 41,5% azalıb.
Hesabat ilində satışların maya dəyəri 105 mlrd. 468 mln. manat (artım 20,7%) təşkil edib.
Hesabat ilində şirkət əməliyyat fəaliyyətindən 3 mlrd. 595 mln. manat mənfəət (artım 42,5%) əldə edib. Dövlət büdcəsinə mənfəət vergisi üzrə ödənişlər 996 mln. manat (artım 2,3 dəfə) məbləğində olub.
2018-ci ildə SOCAR-ın aktivləri 1,3% - 62 mlrd. 136 mln. manatadək, uzunmüddətli aktivləri 9,7% - 42 mlrd. 844 mln. manatadək artıb, qısamüddətli aktivləri 13,5% - 19 mlrd. 292 mln. manatadək azalıb.
Qeyd olunan dövrdə neft şirkətinin kapitalı 8,9% - 23 mlrd. 944 mln. manatadək artıb. SOCAR-ın nizamnamə kapitalı 4 mlrd. 147 mln. manata (artım 36,6%) bərabərdir.
2018-ci ildə şirkətin öhdəlikləri 3% - 38 mlrd. 192 mln. manatadək azalıb. Cari ilin əvvəlinə SOCAR-ın uzunmüddətli öhdəlikləri 20 mlrd. 825 mln. manat (artım 6,6%), cari öhdəlikləri 17 mlrd. 367 mln. manat (azalma 12,5%) təşkil edir.*
N.Abbasova