2019-cu ilin sonunadək Azərbaycanda iki sənaye məhəlləsi fəaliyyətə başlayacaq. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev çərşənbə axşamı jurnalistlərə məlumat verib.
“Cari ilin sonuna qədər iki sənaye məhəlləsinin aşılışı olacaq – Hacıqabul və Sabirabad. Sənaye məhəllərinin yaradılması zamanı sahibkarların maraqlarını dəqiq müəyyən etmək və onları həmin istiqamətlərə yönəlik yaratmaq lazımdır”, - nazir bildirib.
Mustafayev həmçinin qeyd edib ki, onun rəyinə görə, sənaye məhəllələri Azərbaycanın hər regionunda yaradılmalıdır.
Hacıqabul Sənaye Məhəlləsində ağır maşınqayırma, xüsusi vaqonqayırma və kompozit materialları, plastik su qabları və tara, avtomobil, tikinti materiallarının istehsalı, avadanlıqların istehsalı üzrə müəssisələr yaradılacaq.
Sabirabad Sənaye Məhəlləsində yun tədarükü, tikinti materiallarının, orqanik gübrələrin, müxtəlif avadanlıqların əyləc sistemlərinin istehsalı, kənd təsərrüfatı məhsullarının və işlənmiş təkərlərin emalı sahələrində layihələr həyata keçiriləcək.
Azərbaycanda 5 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları və 2 sənaye məhəlləsi – Neftçala, Masallı sənaye məhəllələri fəaliyyət göstərir.**
B.Rüstəmbəyov