SOCAR 2018-ci ildə Azərbaycan Beynəlxalq Bankında yerləşdirilmiş pul vəsaitlərinin həcmini 17,4% - 1 mlrd. 263 mln. manatadək azaldıb.
Bu barədə şirkətin 2018-ci il üzrə maliyyə hesabatında məlumat verilir.
“SOCAR Azərbaycanın aparıcı maliyyə müəssisələrində vəsaitlərə malikdir. Şirkətin pul vəsaitləri əsasən Azərbaycan hökumətinin nəzarətində olan ABB-də yerləşdirilib. 31 dekabr 2018-ci il tarixinə SOCAR-ın ABB-də pul və depozit vəsaitinin qalığı 1 mlrd. 263 mln. manat təşkil edib”, - deyə hesabatda qeyd olunur.
SOCAR-ın məlumatına görə, 31 dekabr 2017-ci il tarixinə neft şirkətinin ABB-dəki vəsaitinin həcmi 1 mlrd. 529 mln. manat təşkil edib.
“SOCAR hesablarının olduğu bankların vəziyyətini daim diqqətdə saxlayır”, - deyə sənədddə vurğulanır.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Bankın səhmlərinin nəzarət paketi dövlətə məxsusdur.*
N.Abbasova