Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiya və demarkasiya üzrə Hökumətlərarası Komissiyanın iclası iyun ayında Tbilisidə keçirilməlidir. Bu barədə cümə axşamı jurnalistlərə Gürcüstan XİN başçısı David Zalkaliani məlumat verib.
“Strateji tərəfdaşımızla (Azərbaycanla) işgüzar şəraitdə, emosiyalarsız razılaşdırılmalı olan bütün detalları müzakirə etməyimiz vacibdir”, - deyə nazir David Qareci monastır kompleksinin yerləşdiyi sərhəddə mübahisəli əraziyə dair mövzuya toxunulmasına ilə bağlı məsələni şərh edərkən bildirib.
Zalkaliani görüşün keçiriləcəyi dəqiq tarixi açıqlamayıb.
Mayın sonunda Bakıda qeyd olunan Komissiyanın iclası keçirilib.
Hökumətlərarası Komissiyaya Gürcüstan XİN başçısının müavini Laşa Darsaliya və Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdikləri komissiyalar daxildir.
Öncə Gürcüstan XİN bəyan edib ki, Gürcüstanla Azərbaycan hazırki mərhələdə sərhədin 2/3 hissəsini razılaşdırıb. **