2019-cu ilin aprel ayında 12 aylıq inflyasiya hədəf çərçivəsində olmaqla 3,1% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan”a Azərbaycan Mərkəzi Bankdan məlumat verilir.
“Ərzaq və xidmətlər üzrə qiymət artımı (müvafiq olaraq 3,5% və 3,8%) hədəf intervalında formalaşıb. Qeyri-ərzaq məhsullarının qiymətləri 1,4% yüksəlib”, - bankdan qeyd ediblər.
AMB-nin qiymətləndirmələrinə görə. inflyasiya gözlənilən trayektoriyada dəyişir.
“May ayında mövsümi amillərin təsiri ilə istehlak səbətində mühüm xüsusi çəkiyə malik ərzaq məhsulların ucuzlaşması müşahidə edilib”, - bank vurğulayır.
Eyni zamanda, AMB may ayının inflyasiyasının göstəricisini qeyd etmir.
Bankın mütəxəssisləri bildirirlər ki, kənd təsərrüfatı məhsulları mövsümi xarakterli amillərin təsiri ilə qarşıdakı bir neçə ayda da ərzaq inflyasiyasına azaldıcı təsir edəcək.
“Proqnozlar 2019-cu ilin sonuna inflyasiyanın hədəf daxilində (4±2%) qalacağını göstərir”, - AMB-dən qeyd ediblər.
Azərbaycan hökuməti 2019-cu ildə orta illik inflyasiyanı 3,8% səviyyəsində proqnozlaşdırır.
2018-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 2,3% təşkil edib.**
Ə.Məmmədov