2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 6,2% - $47,5 mlrd.-a qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“İlin əvvəlindən Azərbaycanın strateji valyuta ehtiyatları 6,2% - $47,5 mlrd.-a qədər artıb. Bu, ödəniş balansının profisitlə formalaşdığını nümayiş etdirir”, - AMB-dən qeyd ediblər.
Xəbər verildiyi kimi, 31 mart 2019-cu il tarixinə valyuta ehtiyatları $46,7 mlrd. təşkil edib. Beləliklə, apreldə Azərbaycanın valyuta ehtiyatları $0,8 mlrd. artıb.
AMB-dən bildiriblər ki, xarici bazarlarda vəziyyət əlverişli olaraq qalır.
“Yanvar-apreldə Azərbaycanln ticarət balansında 2.5 mlrd. dollarlıq müsbət saldo yaranıb. Eyni zamanda, ixrac 25,4%, o cümlədən qeyri-neft ixracı 19,9% artıb”, - bankdan vurğulanıb.
Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır.**
Ə.Məmmədov