Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze iyunun 3-cü ongünlüyündə Azərbaycana rəsmi səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan agentliyinə Gürcüstanın Bakıdakı səfirliyindən məlumat verilib.
“İ.Kobaxidze 20-21 iyun tarixlərində Azərbaycana rəsmi səfərə gəlməyi planlaşdırır”, - deyə məlumatda bildirilir.
Səfər zamanı Gürcüstan parlamentinin sədri Milli Məclisdəki həmkarları, eləcə də digər rəsmilərlə görüşəcək. Görüşlərdə ikitərəfli və beynəlxalq gündəliyə aid məsələlər müzakirə olunacaq.*
F.İsazadə