Neftin qiymətinin may ayından başlayan davamlı ucuzlaşması iqtisadi gözləntilərə mənfi təsir edə bilər. Azərbaycan Mərkəzi Bankda belə hesab edirlər.
“ Neftin may ayından başlayan ucuzlaşmasının davamlı xarakter alması iqtisadi gözləntilərə neqativ təsir edə bilər. Digər xarici risk mənbəyi dünya ərzaq bazarlarında bahalaşmanın davam etməsi və potensial inflyasiya idxalıdır. Ticarət tərəfdaşı ölkələrinin maliyyə bazarlarında qeyri-sabitlik riski isə nisbətən azalmışdır ki, bu da qabaqcıl ölkələrdə monetar siyasətin daha da sərtləşməsi gözləntilərinin azalması ilə izah edilir”, - “İnterfaks-Azərbaycan”a AMB-dən qeyd ediblər.
Daxili risk amillərinə gəlincə, bankın müətəxəssislərin rəyinə görə, onların reallaşması sosial xarakterli fiskal stimullar və maliyyə sektoru ilə bağlı qərarların istehlak bazarına və monetar sektora təsirinin miqyasından asılı olacaq.
“Qeyd olunan faktorların inflyasiyaya ötürücülüyü dərəcəsi tam olaraq 2019-cu ilin sonuna formalaşacaq. Mürəkkəbləşməkdə olan xarici fonda fiskal siyasətin mövcud qaydalar çərçivəsində həyata keçirilməsi, fiskal siyasətlə monetar siyasətin vahid çərçivədə sərt əlaqələndirilməsi dayanıqlı makroiqtisadi sabitliyin baza şərti olaraq qalır”, - bankdan qeyd ediblər.
Eyni zamanda, AMB-də hesab edirlər ki, qısamüddətli dövrdə inflyasiya üzrə risklər balansı tarazlı qiymətləndirilir. “Buraya əlverişli beynəlxalq konyunktur, profisitli tədiyə balansı, tarazlı valyuta bazarı, antiinflyasion xarakterli monetar şərait və mövsümi amillər aiddir”, - bankdan qeyd ediblər.
Eyni zamanda, AMB-də hesab edirlər ki, qrtamüddətli perspektiv üzrə risklər balansı mürəkkəbləşməkdədir. Xarici sektor üzrə başlıca qeyri-müəyyənlik qlobal iqtisadi artım perspektivlərinin pisləşməsi, ticarət müharibələrinin yeni dalğası və geosiyasi gərginlik fonunda neftin qiymət dinamikası ilə bağlıdır. **
Ə.Məmmədov