Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Strelna (Sankt-Peterburq) görüşündə Qarabağ münaqişəsini müzakirə etməyiblər. Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
"Görüşdə Qarabağ münaqişəsi müzakirə olunmayıb", - deyə Peskov jurnalistlərə bildirib.
O qeyd edib ki, görüşdə ikitərəfli münasibətlər və ticarət-iqtisadi əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub.*