Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda bir sıra sosial obyektlərin layihələndirilməsi xidmətlərinin satın alınması üçün podratçıların seçilməsi üzrə açıq tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Tender Quba, Masallı, Ağcabədi rayonlarında Uşaq bərpa mərkəzlərinin; Bakı, Gəncə şəhərlərində və Quba rayonunda insan alveri qurbanlarına və məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin; İsmayıllı rayonunda yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün 25 yerlik sosial sığınacağın və 30 yerlik ixtisaslaşmış reabilitasiya mərkəzinin, Bakının Xəzər rayonunda, Lənkəran şəhərində və Xaçmaz rayonunun Nabran qəsəbəsində əlil uşaqlar üçün sanatoriya-kurort profilli ixtisaslaşmış müalicə-bərpa mərkəzlərinin layihələndirilməsini nəzərdə tutur.
Tenderdə iştirak haqqı 1,5 min manatdır.
Tender təklifləri 22 iyul 2019-cu il tarixinədək qəbul olunur. Tender proseduru iyulun 23-də baş tutacaq.*
R.Babayev