Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 10-da depozit hərracı keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
"Mərkəzi Bank iyunun 10-da keçirəcəyi depozit hərracında 14 gün müddətinə 150 mln. manat cəlb etməyi nəzərdə tutur”, - deyə məlumatda bildirilir.
Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 6,51%-8,49% təşkil edir.
AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.**
B.Rüstəmbəyov